Narkotik vasitlərin təbliği ilə məşğul olan şəxs saxlanılıb (FOTO/VİDEO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata
keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun
Saray qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
məşğul olan şəxs saxlanılıb.

AzerTimes xəbər verir ki, idarə
əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata
keçirdikləri tədbir nəticəsində qəsəbə ərazisində narkotik
vasitələrin satışını həyata keçirən Pərviz Həşimli tutulub. Onun
üzərinə baxış zamanı 300 qrama yaxın heroin, metamfetamin və
narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi
aşkar olunub. Pərviz Həşimlinin ətrafında aparılan arşdırmalar
zamanı onun Abşeron rayonunda əsasən gənclər arasında narkotik
vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib.


Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Pərviz
Həşimli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib. Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz
dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış
tədbirləri davam etdirilir.

Teqlər: