Narkotik vasitənin təsiri altında sükan arxasına keçən Bakı sakini Lənkəranda saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi
bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan
“Mercedes Benz” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol
verdiyi üçün ona “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional
qrupundan AzerTimes-a verilən məlumata görə, nəqliyyat vasitəsi
saxlanıldıqdan sonra sürücü, Bakı şəhər sakini M.Məcidovun narkotik
vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq
tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən M.Məcidovun narkotik vasitədən
istifadə etdiyi məlum olub.


Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi
üçün Rayon Məhkəməsinə göndərilib.

Teqlər: