Narkotik istifadəçiləri COVID-19 virusunu ağır keçirir

Xəbər - Humay Ağacanova – Trend:

Narkotik asılılığı immunitet zəifliyinə səbəb olur.


Trend
-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika
Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

O bildirib ki, narkotik istifadəçilərinin QİÇS və bir çox
infeksion xəstəliklərə yoluxma riski xeyli yüksəkdir.


“Bəşəriyyətin hazırda bir nömrəli bəlasına çevrilən COVID-19
pandemiyası dövründə narkotik istifadəçiləri yüksək risk qrupuna
daxildilər. Eyni zamanda, asosial davranışları nəticəsində
infeksiyanın yayılmasına (karantin rejiminə riayət etməməklə) səbəb
ola bilərlər”, – deyə o qeyd edib.

Teqlər: