Narkotik daşıyan İran gəmisi saxlanıldı

Narkotik daşıyan İran gəmisi saxlanıldı

Yəmənin cənubundakı Sokotra adasının sularında içərisində İran vətəndaşlarına məxsus narkotik vasitələrin olduğu gəmi ələ keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə Yəmənin rəsmi SABA agentliyi məlumat yayıb.

Belə ki, üç yəmənli dənizçi Mehr şəhərinin təhlükəsizlik orqanlarına təhvil verilib, onlar ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən yanan gəmidən xilas edilib.

Agentlik bildirib ki, dənizçilər dindirmə zamanı Yəmən sahillərində İrana məxsus narkotik daşıyan gəminin hərəkəti barədə məlumat veriblər. Təhlükəsizlik bölmələri Sokotrada hərbi dəniz qüvvələri ilə əməkdaşlıq edərək həmin gəmiyə nəzarəti ələ keçiriblər.

Müsadirə edilən narkotikin həcmi açıqlanmayıb. Gəmi lazımi hüquqi prosedurların həyata keçirilməsi üçün Sokotradakı Hadibu limanına çatdırılıb. Hazırda bununla bağlı İran rəsmilərindən heç bir açıqlama daxil olmayıb.

Teqlər: