Bu tarixlərdə iş olmayacaq

Bu tarixlərdə iş olmayacaq

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar qeyri-iş günləri məlum olub.

AzerTimes xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar tarixləri isə yeni ilin gəlişi ilə bağlı qeyri-iş günüdür.

Onu da nəzərinizə çatdıraq ki, 31 dekabr – 1 yanvar şənbə və bazara təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq. Yəni 31 dekabr və 1 yanvar avtomatik olaraq yanvarın 3 və 4-nə keçirilir. Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin hələ ki Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri barədə açıqlaması yoxdur.

Teqlər: