Narkoloji Mərkəzdə müalicə alanların siyahısı gizli saxlanılır – Baş direktor

Xəbər - Çingiz Səfərli – Trend:

Narkoloji Mərkəzə müraciət edənlərin siyahısının hər hansısa quruma verilməsi ilə bağlı şayiələr həqiqəti əks etdirmir.

AzerTimes xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib. Onun sözlərinə görə, anonimlik və konfidensiallıq əsas şərtdir: “Narkotik istifadəçiləri istər-istəməz həyatlarının müəyyən hissəsində cinayətə əl atdıqda hüquq mühafizə orqanlarının onlar barəsində məlumatı olur. Respublika Narkoloji Mərkəzinə müalicə üçün müraciət edənlərin kimliyi isə gizli saxlanılır. Bununla bağlı Nazirlər Kabinetinin qərarı da var. Yalnız hər hansısa bir cinayət olarsa, hüquq mühafizə orqanlarının konkret şəxs haqqında xüsusi sorğusu olarsa, o zaman həmin şəxs barəsində müvafiq quruma məlumat verilir”.

Teqlər: