Rusiyanın Xarici Kəşfiyyat Xidməti daim ABŞ və digər Qərb ölkələrinin MDB məkanında münaqişələri qızışdırmaq məqsədilə ağrılı nöqtələr tapmaq cəhdlərini qeydə alır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
“Dağıdıcı və təxribatçı fəaliyyətlərə nümunə olaraq onilliklər boyu millətçilik və rusofobiyanın becərildiyi, fəlakətli nəticələrlə üzləşən Ukraynanı nümunə göstərmək olar”, – Narışkin qeyd edib.
O bildirib ki, bunlar “çiçəklənən” Ukraynanın diktatorlu və korrupsiyalı dövlətə çevrilməsinə səbəb olub:
“Hazırda bizim xüsusi xidmət orqanlarının ümumi vəzifəsi Qərbin dövlətlərimizin ərazisindəki dağıdıcı hərəkətlərə qarşı mübarizə aparmaqdır”.