Amerikalı ekspert: İran indi zəifdir, Azərbaycan isə…

Amerikalı ekspert: İran indi zəifdir, Azərbaycan isə…

İrandakı rejim indi heç vaxt olmadığı qədər zəifdir və Azərbaycan isə yüksələn gücdür.

AzerTimes xəbər verir ki, bu barədə Report-a açıqlamasında Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran bildirib.

O deyib ki, Azərbaycan-İran münasibətlərinin gələcəyi daha çox İran daxilindəki gələcək proseslərdən asılıdır:

“İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücə çevrilir. Bunun nə qədər tez baş verəcəyini bilmirəm, amma Cənubi Azərbaycan əhalisinin Azərbaycan Respublikası ilə daha sıx əlaqələri olacaq. Bu, təkcə İran azərbaycanlıları üçün deyil, həm də dünya üçün faydalı olacaq”.

M.Doran sülh üçün dua etməyə və iki ölkə arasında daha yaxın münasibətlərə ümidvar olmağa çağırış edib.

Amerikalı alim İranın Rusiyaya silah və pilotusz uçuş aparatları (PUA) tədarükü məsələsinə də toxunub: “Bayden administrasiyası bu ölkənin Rusiyaya silah tədarükü ilə bağlı hazırda Tehrana qarşı yeni sanksiyaların tətbiqinə tələsmir. Rusiya ilə Ukrayna arasında müharibə davam edir, bununla yanaşı, ABŞ-ın indi Çinlə gərgin münasibətləri var. Odur ki, ABŞ İranla münasibətləri daha da gərginləşdirmək istəmir. Amma İranın Rusiya ilə hərbi əməkdaşlığı Vaşinqtonun Tehrana qarşı sanksiyalarının tətbiqini qaçılmaz edəcək”.

M.Doranın fikrincə, İran istehal etdiyi PUA-ların, ballistik raketlərin dəyərini yaxşı bilir, çünki bu, onlara regionda hərbi üstünlük verir: “Üstəlik, bu, İrana ABŞ bu ölkəyə qarşı hər hansı hərbi addım atana qədər onunla münasibətlərdə daha güclü mövqe qazandırır. Balans yalnız ABŞ-ın hərbi əməliyyat keçirəcəyi təqdirdə bərpa olunacaq”.

Teqlər: