“Nar” Memar Əcəmi metrostansiyası yaxınlığındakı, M.Cəfərov 3005
ünvanında yerləşən ən böyük satış və xidmət mərkəzini tamamilə yeni
konsepsiyada müştərilərin ixtiyarına verib. Mərkəzdə müştəri
xidməti və satış vahid məkanda təqdim edilir. Mağazada
ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının
çıxarılması da daxil olmaqla, müxtəlif növ xidmətlər göstərilir.
Həmçinin mobil telefonların, cihazların və aksesuarların satışı da
həyata keçirilir.
“Azerfon”un Baş İcraçı direktoru Qunnar Pankenin sözlərinə görə,
şirkət müştəriyönümlü strategiyasının bir hissəsi kimi, həm Bakı,
həm də bölgələrdəki bütün satış və xidmət mərkəzlərini yeniləməyi
hədəfləyib: “Paytaxt və regionlar üzrə 40 “Nar” mağazasını tamamilə
yeni konsepsiyada müştərilərimizin ixtiyarına vermişik.
Müştərilərimizə ölkə ərazisində harada olmasından asılı olmayaraq,
istənilən “Nar” mağazasında eyni mənzərə, eyni proses və sorğuların
eyni şəkildə cavablandırılması təcrübəsi bəxş edirik.
Müştərilərimizə daha yaxın olmaqla, məlumat və xidmətlərin daha
rahat əldə edilməsini təmin edirik. Yenilənmiş satış və xidmət
mərkəzlərimizdə müştərilərimizə ən qabaqcıl alış-veriş və üstün
xidmət təcrübəsi göstəririk”.
Qeyd edək ki, “Nar” müştəri yönümlülük dəyərlərinə sadiq
qalaraq, bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini
yeni konseptdə təqdim etməkdədir. Daha 27 “Nar” mağazanın təmir
olunması planlaşdırılır. Sizə yaxın olan satış və xidmət
mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı www.nar.az/map internet səhifəsindən
öyrənə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə
verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə
lider mobil operatordur.