“Damla” təşkilatı Xaçmazda xeyirxah aksiya təşkil edib

“Damla” İctimai Birliyi (İB) Xaçmaz rayonunda müqəddəs Ramazan
ayı münasibətilə xeyirxah aksiya təşkil edib.

AzerTimes-ın məlumatına görə,
rayonun 56 saylı kənd seçki dairəsini təmsil edən millət vəkili
Sevil Mikayılovanın təşəbbüsü ilə baş tutan aksiya çərçivəsində
50-dən çox aztəminatlı ailəyə Ramazan sovqatları təqdim olunub.

Sakinlər daim dövlət tərəfindən də diqqət və qayğı ilə
əhatələndiklərini vurğulayaraq, bu xeyirxah təşəbbüsə görə millət
vəkilinə və “Damla” İctimai Birliyinə təşəkkürlərini ifadə
ediblər.

Xalqımızın tarixən sahib olduğu zəngin xeyriyyəçilik ənənələrinə
sadiq olan “Damla” İB xeyriyyə qurumu olaraq – aztəminatlı
ailələrə, valideyn himayəsindən qismən və ya tamamilə məhrum
uşaqlara, fiziki əngəlli insanlara və tənha yaşayan aztəminatlı
ahıllara ünvanlı yardımların göstərilməsi istiqamətində fəaliyyət
göstərir.

Teqlər: