Müştəriyönümlü strategiyasına sadiq qalan “Nar” ötən il ərzində
müxtəlif kanallar üzərindən abunəçilərinə üstün müştəri xidmətləri
göstərib. 2021-ci ildə 777 Çağrı Mərkəzinə 2,3 milyondan çox sorğu
daxil olub və orta hesabla, 5 saniyə ərzində abunəçilərə cavab
verilib. Abunəçi sorğularının ilk zəngdən həllini tapması üzrə
“Nar” Çağrı Mərkəzi 94%-lik çox yüksək göstəriciyə nail olub. Çağrı
Mərkəzinə zəng etmiş abunəçilərin 88%-i göstərilən xidmət
səviyyəsini yüksək qiymətləndirib.
Müştəri məmnuniyyətininin artırılması məqsədi ilə mobil operator
bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini yeni
konseptdə təqdim etməkdədir. Mobil operator artıq 26 mağazasını
tamamilə yeni konseptə uyğunlaşdırmaqla, ziyarətçilərin müasir
üslubda məlumat və xidmət almasını təmin edir. Şəxsin birbaşa
iştirakının tələb olunduğu əməliyyatlar üçün yenilənmiş xidmət
mərkəzlərində ötən il 150 mindən çox abunəçiyə xidmət
göstərilib.
Müştəri xidmətlərini daha da əlverişli etmək üçün, Nar, ənənəvi
müştəri xidməti vasitələrilə yanaşı, abunəçilərinə rəqəmsal
platformalar üzərindən göstərilən müştəri xidmətlərini də
təkmilləşdirir. Yeniləmələr sayəsində hesab üzərində əməliyyatları
daha da asanlaşdıran “Nar+” tətbiqinə ziyarət sayı ötən illə
müqayisədə 75% artıb. Qeyd edək ki, sosial mediada da aktiv olan
mobil operator, rəsmi “Facebook”, “İnstagram” və “Twitter” səhifələri üzərindən
abunəçilərinin sorğularını da cavablandırır. Ötən ilin
göstəricilərinə əsasən təxminən 160 min Nar abunəçisinin sorğusu
məhz sosial media səhifələri üzərindən həll edilib.