“Nar” abunəçiləri rəqəmsal xidmət kanallarına üstünlük verir

Müştəri yönümlü strategiyasını davam etdirən “Nar”, 2022-ci ilin
ilk rübü üçün müştəri xidmətlərinin göstəricilərini açıqlayıb.
Aparılan hesablamalar göstərir ki, “Nar” müştəriləri balansın
yoxlanılması, yeni tarifin aktivləşdirilməsi, internet paketinin
seçilməsi kimi bir çox mühüm əməliyyatları saniyələr içində yerinə
yetirən “Nar+” tətbiqinə üstünlük verir.

Belə ki, ötən illə müqayisədə “Nar+” tətbiqindən istifadə yarım
milyon artaraq 6,6 milyon olub. Yaranan suallara operativ cavab
almaq üçün isə abunəçilərin köməyinə tətbiq daxilindəki canlı çat
gəlir. Hesabat dövründə abunəçilər sorğularına ilk 24 saniyə
ərzində cavab alıblar.

“Nar” abunəçilərinin nömrə əməliyyatlarını daha çox tətbiq
üzərindən aparması fonunda çağrı mərkəzlərinə zənglərin və “Nar”
xidmət mərkəzlərinə ziyarətlərinin sayında azalma müşahidə olunur.
2022-ci ilin ilk üç ayı ərzində 777 Çağrı Mərkəzinə edilən
zənglərin və Nar mərkəzlərinə ziyarətlərin sayı, eyni dərəcədə, 17%
azalıb. Çağrı mərkəzinə daxil olan sorğuların 93%-i ilk zəngdən
həllini tapıb. Ön masa ziyarətçilərinin isə 89%-i göstərilən xidmət
səviyyəsini yüksək qiymətləndirib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə
verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə
lider mobil operatordur.

Teqlər: