“Nar” 15 illik yubileyini abunəçiləri ilə birgə qeyd edir

Artıq 15 ildir ki, Azərbaycanın ən gənc mobil operatoru “Nar”
abunəçilərinə üstün xidmətlər təqdim edir.

Bu illər ərzində “Nar” müştəri yönümlü siyasət yürüdərək
abunəçilərin istək və tələblərinə uyğun bir çox unikal məhsul
hazırlamış, ölkə boyunca yüksəkkeyfiyyətli 4G şəbəkəsini istifadəyə
vermiş, üstün müştəri xidmətləri təqdim etmiş, eləcə də mühüm
sosial əhəmiyyətli layihələrin həyata keçirlməsində fəal iştirak
etmişdir.


Müştəri Loyallığına
görə rabitə bazarının lideri olan mobil
operator, yubiley mesajının mərkəzində də məhz “Nar” abunəçisinə
yer verib. 15 illiyi münasibətilə “Nar” “Hekayəmizin
qəhrəmanı sənsən”
devizi ilə TV kanallarda təbrik videoçarxı
yayımlayır və eləcə də “Nar”ı seçən abunəçiləri üçün dəyərli
hədiyyələrlə dolu yarışlara start verir.

Mobil operator daha rahat ünsiyyət üçün “Nar”ı seçən bütün
abunəçilərinə təşəkkür edir və bayram hədiyyələrini qazanmaq üçün
“Nar”ın rəsmi sosial media səhifələrini(Facebook», «İnstagram» və «Twitter») izləyərək yarışlarda
fəal iştirak etməyə çağırır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və
tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil
operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi
strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə
artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim edib.