Cənubi Koreya hərbçiləri naməlum şəxsin ölkənin ərazisindən Koreya Xalq Demokratik Respublikasına (KXDR) qanunsuz keçdiyini qeydə alıblar.
AzerTimes-ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib.
Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsinin məlumatına əsasən, sözügedən şəxs demarkasiya xəttini keçərək şimala doğru hərəkət edərkən görünüb. Onun saxlanılması üçün görülən tədbirlər nəticəsiz qalıb və şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Cənubi Koreya hakimiyyəti insidentlə bağlı hərbi xətt vasitəsilə KXDR-yə müraciət edib.