Gürcüstanda koronavirusa daha 796 nəfər yoluxub, 45 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 796 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 937 640 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 45 nəfər ölüb, 3 291 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 13 905 nəfər, sağalanların sayı isə 900 159 nəfər təşkil edir.