Naməlum mənşəli hepatit daha bir ölkədə aşkar edildi

Xəbər -

Ruminiyada naməlum mənşəli kəskin hepatitə ilk yoluxma faktı
qeydə alınıb.

Trend-in
məlumatına görə, bu xəstəliyə paytaxt Buxarest yaxınlığında yaşayan
5 yaşlı qız yoluxub.

Rumıniya Səhiyyə Nazirliyi həmin qızın hər hansı bir digər fəal
infeksion və autoimmun xəstəliyinin olmadığını və ya hər hansı
xarici ölkədə olmadığını bildirib.

Məlumata əsasən, 5 yaşlı uşaq aprelin 4-dən xəstəxanaya
yerləşdirilib.

Qeyd edək ki, ÜST-ün Avropa bürosunun məlumatına görə, bu
günədək naməlum mənşəli kəskin hepatit Böyük Britaniya, Niderland,
İspaniya, Danimarka, İsrail, ABŞ da daxil olmaqla 12 ölkədə 169
nəfərdə qeydə alınıb. Hepatitə yoluxanların yaşı 1 aydan 16 yaşadək
uşaqları əhatə edir.