Nail Kəmərlinin maşınından oğurluq edildi – Video

Nail Kəmərlinin maşınından oğurluq edildi – Video

Tanınmış bloqer Nail Kəmərlinin avtomobilindən oğurluq edilib.

AzerTimes xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında məlumat paylaşıb.

N.Kəmərli qeyd edib ki, səhər saatlarında “Niva” markalı maşınına minərkən içərisindən oğurluq edildiyini görüb:

“Maşınımı gecə saat 00:00-da saxlamışam. Səhər saat 09:00-da maşınıma minərkən bildim ki, avtomobilimdən oğurluq olunub. Çəkilişlərdə istifadə etdiyim kameramı oğurlayıblar”.

Bloqer daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib ki, bu iş nəzarətə götürülsün.

Teqlər: