Nadir Şah rusları qovandan 158 il sonra, məhz 20 yanvarda…

Nadir Şah rusları qovandan 158 il sonra, məhz 20 yanvarda…

Rusiyanın Azərbaycana qarşı terror və düşmənçilik siyasətinin kökü Nadir Şaha gedib çıxır. Məhz Şərqin böyük Fatehi Nadir Şah dünyaya ağalıq etmək istəyən Rusiyanın qarşısını kəsmişdir.

AzerTimes xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev qeyd edib.

O bildirib ki, 70 il ərzində işğalçı dövlət olan Rusiyanın nəinki Azərbaycan torpaqlarına qədəm qoymaq, heç bu tərəfə baxmaq cəsarəti olmayıb:

“Təsadüfdür, əlbəttə. Amma məhz 21 yanvar 1732-ci ildə Rəşt müqaviləsinə görə Rusiya Azərbaycan torpaqlarını tərk edib getdi və Nadir Şahın ölümündən sonra da uzun müddət bu torpaqlara tərəf baxa bilmədi.

Nadir Şahın ölümündən uzun müddət keçəndən sonra Bakını işğal etməyə gəlmiş ruslar burada ciddi müqavimət gördülər. Sisianovun da başı burda kəsilib, bakılılar ruslara ciddi zərbələr vurublar. Bir sözlə, Rusiya Bakı və azərbaycanlılardan tarix boyu güclü müqavimət və ağır zərbələr görüb və bunları əsla unutmayıb. Tarixin bu hadisələrinin şahidlərindən biri də bu gün Şəhidlər Xiyabanı yerləşən Dağüstü parkdır. Bura uzun zaman müxtəlif dinlərdən olan şəxslərin dəfn edildiyi qədim qəbiristanlıq ərazisi olub.

8 avqust 1883-cü ildə qəbiristanlıqda cəsədləri anatomizə etmək üçün kiçik kilsə açılmışdı. Nəticədə məlum oldu ki, burda dəfn edilənlərin çoxu Rusiyanın işğalçı hücumları nəticəsində məhv edilmiş rus əsgərlərin meyitidir.

Əlbəttə, Rusiya bunu Azərbaycana, xüsusilə bakılılara bağışlaya bilmədi və 1918-ci ilin mart hadisələri zamanı silahlandırdığı terrorçu ermənilərlə, özlərinin də iştirak etdiyi soyqırımdan zamanı minlərlə qətl edilmiş dinc bakılının burda dəfn edilməsinə bilərəkdən şərait yaratdı. Eyni ilin sentyabr ayında Bakı döyüşündə həlak olan türk əsgərlərin cənazələri də bu qəbiristanlıqda dəfn olunmuşdur. Lakin bu, onların qana susamış nifrətlərini sakitləşdirməyə yetmədi”.

Alim xatırladıb ki, 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı:

“Məhz o Kirova ki, əlləri yüzlərlə azərbaycanlı qanına batmış idi. Düz 1990-cı ilə qədər Rusiya burda dəfn edilən azərbaycanlıların məzarları üstündə əyləncələr təşkil etdi. Sovet hakimiyyəti Kirov parkı salınanda daş çatışmazlığı ilə üzləşdiyindən, baş daşlarından da istifadə ediblər.

1990-cı il. Rusiyanın qana susayan əlləri yenə Bakıya uzandı. 19-20 yanvar tarixlərində şəhərə daxil olan işğalçı orduya bir əmr verilmişdi: Azərbaycanlıları bacardıqca çox öldürün! Nəticədə rus əsgərlər uşaq-böyük bilmədən amansız qətllər törətdilər, yüzdən çox azərbaycanlı rus terrorunun qurbanı oldu və onların dəfn yeri yenidən Dağüstü park ərazisi seçildi. Burada şəhidlərə məzar qazılan zaman da vaxtilə burda dəfn edilən üç məzar tapdılar. Bu 3 nəfər 1918-ci il Mart soyqırımı zamanı şəhid olanlar idi. Onlar da adət-ənənəyə uyğun dəfn edildi. Burada eyni zamanda Birinci Qarabağ müharibəsi dövründə şəhid olan azərbaycanlılar da dəfn edildilər.

Hazırda Şəhidlər Xiyabanı tarixin bir çox qanlı hadisələrinə şahiddir. Oranı ziyarət edən zaman biz 1918-ci ilin qurbanlarını da, 1990-cı ilin şəhidlərini də yada salırıq.

Bura gedəndə daima xatırlamaq lazımdır. Rusiya Azərbaycan dövlətinin ən birinci düşmənidir”.

Teqlər: