Nadir Rüstəmlinin “Eurovision-2022″dəki mahnısı təqdim olunub (VİDEO)

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycanın “Eurovision-2022″də təmsil edəcək Nadir Rüstəmli
müsabiqədə “Fade To Black” mahnısı ilə çıxış edəcək.

Bu barədə Trend müsabiqənin rəsmi saytına istinadən xəbər
verir.

Təmsilçimizin təqdim edəcəyi mahnının rəsmi videoklipi
yayımlanıb.

Qeyd edək ki, “Eurovision-2022” mahnı müsabiqəsi Turində
(İtaliya) keçiriləcək, yarımfinal 10 və 12 mayda, final mayın 14-də
keçiriləcək. “Eurovision-2022″nin şüarı “The Sound of Beauty”dir
(“Gözəlliyin Səsi”).

Nadir Rüstəmli ikinci yarımfinalın birinci hissəsində çıxış
edəcək. “Eurovision-2022” mahnı müsabiqəsində Azərbaycan nümayəndə
heyətinə bəstəkar və prodüser İsa Məlikov rəhbərlik edəcək.

Teqlər: