Nadir Rüstəmli “Avroviziya-2022″nin finalına yüksəlib (FOTO/VİDEO)

Turində (İtaliya) Azərbaycan təmsilçisi Nadir Rüstəmlinin çıxış
etdiyi 66-cı “Avroviziya-2022” Beynəlxalq Mahnı Müsabiqəsinin
ikinci yarımfinalı keçirilib.

AzerTimes-ın
məlumatına görə, Nadir Rüstəmlinin müsabiqə mahnısı “Fade To Black”
adlanır. Mahnın müəllifləri Andreas Stoun, Anders Rethov, Sebastian
Şub və Tomas Stengarddır.

İkinci yarımfinalda 18 ölkəndən (Finlandiya, İsrail, Serbiya,
Azərbaycan, Gürcüstan, Malta, San Marino, Avstraliya, Kipr,
İrlandiya, Şimali Makedoniya, Estoniya, Rumıniya, Polşa,
Monteneqro, Belçika, İsveç və Çexiya Respublikası) olan təmsilçilər
iştirak edib.

Qeyd edək ki, “Avroviziya-2022” mahnı müsabiqəsinin finalı mayın
14-də baş tutacaq. Sloqan – The Sound of Beauty (Gözəlliyin səsi),
loqosu “cymatics” (səs dalğalarının fiziki effektləri) üslubunda
hazırlanmışdır.

“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycan nümayəndə
heyətinə bəstəkar və prodüser İsa Məlikov başçılıq edir. Müsabiqəni
Azərbaycan İctimai Televiziyasının (İTV) efirində ifaçı, aparıcı və
bəstəkar Murad Arif şərh edir.

Teqlər: