Myanma ölkə daxilindəki hərbçilər, müxalifət və etnik qruplar arasında artan qarşıdurma nəticəsində geniş miqyaslı vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib.
AzerTimes-ın məlumatına görə, bu barədə Christine Schraner Burgener, BMT Baş Katibinin Myanma üzrə xüsusi elçisi Kristin Şraner Burqener bildirib.
O qeyd edib ki, qarşıdurmalar ölkənin bölgələrini, hətta mərkəzi hissəsini və 2015-ci ildə atəşkəsin şamil olduğu əraziləri əhatə edir: “Böyük miqyaslı vətəndaş müharibəsi riski realdır”.
BMT emissarı Çin, Hindistan və Taylandla həmsərhəd bölgələrdə toqquşmaların baş verdiyi üçün qarşıdurmanın artıq beynəlxalq miqyası aldığını əlavə etdi.