Argentina yığması futbol üzrə Amerik Kuboku matçında Uruqvayı məğlub edib

Argentina yığmasının futbolçuları Amerika Kuboku çərçivəsində A qrupu matçında Uruqvay komandasını 1:0 məğlub edib. Oyunlar Braziliyada keçirilir.

AzerTimes-ın məlumatına görə, yeganə qolu 13-cü dəqiqədə Qvido Rodriqes vurub.

Argentina milli 4 xalla A qrupunun turnir cədvəlinə başçılıq edir. Uruqvaylılar turnirdəki ilk oyununu keçiriblər.

Hər qrupdan dörd ən yaxşı komanda Amerika Kubokunun dörddəbir finalına yüksələcək. Turnirin finalı 10 iyulda keçiriləcək.

Teqlər: