Myanmadakı dövlət çevrilişinin ilk anı görüntüyə alınıb (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Ötən gün Myanmada baş vermiş dövlət çevrilişinin ilk saniyələri həvəskar kamera ilə görüntüyə alınıb.

AzerTimes-ın məlumatına görə, idman müəllimi aerobika videosu çəkərkən hərbi maşınlar hökumət binasına doğru hərəkət edib.

Qeyd edək ki, ötən gün Myanma ordusu hərbi çevriliş edərək, baş nazir və prezidenti, eləcə də 10-dan çox naziri həbs edib.


Bu gün nazirlərin əksəriyyətinin buraxıldığı bildirilib.