Myanmada toqquşmalarda ölənlərin sayı 211 nəfərə çatıb

Myanmada etirazçılar və polislər arasında toqquşmalar davam edir.

AzerTimes-ın məlumaıtna görə, bunu videoformatda keçirilən brifinq zamanı BMT-nin humanitar koordinatoru vəzifəsini icra edən Endyu Kirkvud deyib.

Onun sözlərinə görə, fevralın 1-dən toqquşmalar zamanı ölənlərin sayı 200 nəfəri ötüb: “Əldə etdiyimiz məlumata görə, son 7 həftə ərzində azı 211 nəfər ölüb. Ölənlər arasında azı 15 uşaq var”.

E.Kirkvud əlavə edib ki, BMT nümayəndələrinin Myanmada əldə etdiyi məlumata əsasən, toqquşmalar zamanı 2,4 min nəfər həbs edilib: “Onların bir hissəsi zorakılığa məruz qalıb”.