Myanmada sutkada etirazların dağıdılması zamanı 100-dən çox insan ölüb

Myanmanın müxtəlif şəhərlərində ötən gün etiraz aksiyaların dağıdılması zamanı ən azı 102 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin yerli nəşri “The Irrawaddy” bildirib.

Bildirilib ki, ölənlər arasında 5 ilə 15 yaş arasındakı dörd uşaq olub.


Nəşr qeyd edib ki, etirazların keçirildiyi müddət ərzində qurbanların ümumi sayı 429-a çatıb.