Kanadada kitabxanaya törədilən hücumda 6 nəfər yaralanıb

Kanadanın Vankuver şəhərində kitabxana ziyarətçilərə və ətrafındakı insanlara naməlum şəxsin hücumu nəticəsində 6 nəfər bıçaqlanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə CBC televiziya kanalı xəbər verib.

Hücum edən şəxs saxlanılıb, lakin şəxsiyyəti hələ açıqlanmayıb.


Hal-hazırda ictimai təhlükəsizlik üçün heç bir təhlükə yoxdur. Araşdırma aparılır.