Myanma hərbçiləri ölkədə bir il müddətinə fövqəladə vəziyyət tətbiq olunduğunu elan ediblər.
AzerTimes-ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.
Bildirilib ki, müvafiq açıqlama ordu telekanalında yayımlanıb.
Məlumata əsasən, hərbçilər fövqəladə vəziyyətin tətbiqinə dair bəyannaməni ölkə vitse-prezidenti Myin Sve tərəfindən imzalandığını bildirdi. Myin Sve onlar tərəfindən ölkənin prezidenti vəzifəsini icra edən təyin edilib.
Hərbçilər bildirib ki, ölkədə hakimiyyət Myanma silahlı qüvvələrinin baş komandanı Min Aung Hlainə veriləcəyini də söylədilər.