Mxitaryanın Qarabağ təxribatına AFFA-dan reaksiya

Mxitaryanın Qarabağ təxribatına AFFA-dan reaksiya

“İnter”in erməni futbolçusu Henrik Mxitaryan klubun televiziyasına müsahibəsində ölkəmizin ərasizinə qarşı təxribat nümayiş etdirib.

AzerTimes Offsideplus.az-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu haralı olduğu ilə bağlı suala cavab verərkən şəkil çəkərək qondarma və keçmiş “dqr”i Ermənistanın bir hissəsi kimi qeyd edib.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla açıqlamasında Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən futbolçunun bu addımı ilə bağlı müvafiq orqanlara müraciət edəcəklərini açıqlayıb:

“AFFA məsələ barədə məlumatlıdır. Müvafiq prosedurların həyata keçirilməsinə başlanılıb. Zəruri hüquqi sənədlər hazırlanaraq gün ərzində UEFA və İtaliya Futbol Federasiyasına müraciətlər ünvanlanacaq”.

Teqlər: