Akar Suriya ilə bağlı açıqlamadan imtina etdi

Akar Suriya ilə bağlı açıqlamadan imtina etdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında planlaşdırılan quru hərbi əməliyyatının vaxtını açıqlamaqdan imtina edərək, vaxt çatdıqda lazımi addımların atılacağını deyib.

AzerTimes xəbər verir ki, o, bu barədə “Faynənşl Tayms”a müsahibəsində bildirib.

“Vaxt və yer uyğun olduqda, keçmişdə etdiyimiz kimi, lazımi tədbirləri görəcəyik”, – Akar qeyd edib.

Nazir vurğulayıb ki, əməliyyat Türkiyə sərhədlərini müdafiə edəcək, Suriyanı parçalamağa çalışan və təkcə Ankarada deyil, bütün Yaxın Şərqdə qeyri-sabitlik yaradıb, siyasi quruma çevrilə biləcək terror dəhlizinin qarşısını alacaq.

Teqlər: