Müxaliflər Bakıya göndərilən təkliflərlə tanış oldu – Bəyanat

Müxaliflər Bakıya göndərilən təkliflərlə tanış oldu – Bəyanat

Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından olan deputatları Geqam Manukyan, Anna Qriqoryan, Kristin Vardanyan və Artur Xaçatryan birgə bəyanatla çıxış ediblər.

AzerTimes xəbər verir ki, onlar bəyanatda bu gün Xarici İşlər Nazirliyində Ermənistan adından 2024-cü ilin 4 yanvarında Azərbaycana göndərilən təkliflər paketi ilə tanış olduqlarını bildiriblər.

“Biz qeyd edirik ki, danışıqlar prosesində ciddi irəliləyiş yoxdur və əvvəlki təkliflər paketləri ilə tanış olduqdan sonra səsləndirdiyimiz bütün narahatlıqlar – Ermənistanın heç bir əlavə təhlükəsizlik zəmanəti almadan Azərbaycanın nailiyyətlərini güc təhdidi ilə təsdiqləməklə bağlı – qalmaqdadır.

Bununla belə, aşağıdakı halı diqqətəlayiq hesab edirik:

“Sazişin şərtləri ilə tanış olan XİN-in əməkdaşları bizə eyham vurdular ki, Azərbaycanla danışıqlar prosesinin “təhlükələri” və “yalançı sülh” tezisi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyan səylərimiz aidiyyəti qurumların diqqətindədir. XİN məxfi məlumatların açıqlanmaması bəndini pozub-pozmadığımızı araşdırır.

Əslində, Azərbaycan prezidentinin Ermənistanı və erməni xalqını gündəlik təhdidləri fonunda Ermənistan XİN müxalifətdən olan deputatların müsahibələrini və ictimai bəyanatlarını araşdırmaqla məşğuldur.

Bunu bilavasitə təhdid və parlamentin fəaliyyətinə mane olan addım hesab etdiyimizi bildirir, eyni zamanda xalqımız üçün ən vacib gündəm barədə ictimaiyyətin məlumatlandırılmasına yönəlmiş fəaliyyətimizi bundan sonra da davam etdirəcəyimizi bildiririk”, – deyə məlumatda bildirilir.

Teqlər: