Müxalifət liderləri Netanyahu ilə razılaşdı

Müxalifət liderləri Netanyahu ilə razılaşdı

İsrailin aparıcı müxalifət partiyalarının rəhbərləri Baş nazir Benyamin Netanyahunun məhkəmə islahatlarının mübahisə doğuran məsələləri üzrə dialoq təklifinə razılıq veriblər.

AzerTimes xəbər verir ki, “Yeş Atid” partiyasının sədri Yair Lapid Netanyahunun islahatların dayandırılması ilə bağlı bəyanatından sonra dialoqa hazır olduğunu bildirib.

Ölkənin keçmiş müdafiə naziri Benni Qantz da Netanyahunun islahatları dayandırmaq qərarını müsbət dəyərləndirib:

“Danışıqlara gəlmək niyyətindəyəm. Kimisə tabe etmək niyyəti ilə deyil, uğur qazanmaq məqsədilə dialoqa hazıram”.

Teqlər: