Ümrə ziyarətinə gedənlər dəhşətli qəzaya düşdü

Ümrə ziyarətinə gedənlər dəhşətli qəzaya düşdü

Səudiyyə Ərəbistanında Yəməndən olan Ümrə ziyarətçilərini daşıyan avtobusun qəzaya uğraması nəticəsində azı 20 sərnişin həyatını itirib, xeyli sayda insan yaralanıb.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, qəza Abha və Muhayıl Asir şəhərləri arasında baş verib.

Məlumata görə, əyləc sistemində yaranan nasazlıq səbəbindən avtobus körpüyə çırpılıb və nəticədə dəhşətli faciə baş verib.

Qəza ilə bağlı rəsmi açıqlama verilməyib.

Teqlər: