Mütəllibovun qəbirüstü abidəsi hazırlanır

Mütəllibovun qəbirüstü abidəsi hazırlanır

Ayaz Mütəllibovun qəbirüstü abidəsi hazırlanır.

AzerTimes xəbər verir ki, bunu Publika.az-a açıqlamasında mərhum eks-prezident Ayaz Mütəllibovun köməkçisi Qulu Həsənoğlu deyib.

Qulu Həsənoğlunun sözlərinə görə, hələlik qəbirüstü abidə hazır deyil və iş yekunlaşandan sonra mərhum eks-prezidentin qəbrinin üstü götürüləcək.

Əldə etdiyimiz məlumata görə, keçmiş prezidentin qəbirüstü heykəli ilin sonuna qədər hazır olacaq.

Xatırladaq ki, 1991-92-ci illərdə Azərbaycanın prezidenti olmuş Ayaz Mütəllibov bu ilin martın 27-də uzun sürən xəstəlikdən sonra 83 yaşında dünyasını dəyişib.

Teqlər: