Müstəqil Azərbaycan dövlətinin quruculuğundakı bütün uğurların əsasında Heydər Əliyev dayanır – Nailə Vəlixanlı

Müstəqil Azərbaycan dövlətinin quruculuğundakı bütün uğurların
əsasında böyük lider Heydər Əliyevin daxili və xarici siyasəti
dayanır.

Bunu Trend
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Tarix Muzeyinin baş
direktoru, akademik Nailə Vəlixanlı deyib.

“Müasir Azərbaycanın tarixi ümummilli lider Heydər Əliyevin adı
ilə sıx bağlıdır. Müasir dövrün görkəmli, müdrik siyasi xadimi
Heydər Əliyevin irsi gələcək nəsillər üçün ən böyük məktəbdir. Biz
gələcək nəsillərdə bizə irs qalmış maddi-mənəvi dəyərlərə görə
məsuliyyət hissi aşılamalıyıq. Bu baxımdan, böyük azərbaycanlı,
müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin tarixində görkəmli
şəxsiyyət olan Heydər Əliyevin mövqeyini bilmək vacibdir. Ulu
öndərin fəaliyyətinə onlarla araşdırma həsr olunsa da, hər bir yeni
iş Heydər Əliyevin sözlərinin həqiqiliyini təsdiq edir – “Mənim
üçün xalqım, Vətənim, torpağım hər şeydən əzizdir”. Ümummilli
liderin nəhəng fəaliyyəti sayəsində ölkəmiz hərtərfli inkişaf
yoluna qədəm qoydu. Heydər Əliyev tarix yazmış böyük şəxsiyyətdir”,
– N.Vəlixanlı deyib.

O vurğulayıb ki, Heydər Əliyev müasir Azərbaycanın
memarıdır.

“Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda rəhbərliyə qayıtması
dövlətçiliyin salnaməsidir. İctimai-siyasi, sosial, iqtisadi və
digər sahələrdə qırılmalar baş verdi, böyük xilasa doğru vacib
addım atıldı. Heydər Əliyev bütün siyasi və diplomatik qüvvələri
səfərbər edərək ölkə üçün vacib atəşkəs rejiminə nail oldu. Heydər
Əliyevin siyasətinin əsas məqsədi güclü dövlətin yaradılması idi.
Böyük liderin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan
tez bir zamanda ictimai-siyasi sabitlik, hüquq dövləti oldu.
Siyasət, iqtisadiyyat, ictimai həyat, elm, mədəniyyət – elə bir
sahə yoxdur ki, Heydər Əliyevin başlatdığı dəyişikliklər ora
toxunmasın”, – deyə bildirib.

N.Vəlixanlı əlavə edib ki, Heydər Əliyev həmişə Azərbaycan
mədəniyyətinin, incəsənətinin, mədəni-tarixi irsinin öyrənilməsi və
təbliğinə xüsusi diqqət ayırıb.

“Heydər Əliyev ölkənin elmi potensialının möhkəməndirilməsi,
orta və ali təhsil sistemi səviyyəsinin artırılmasını milli inkişaf
strategiyasının başlıca tərkib hissələrindən hesab edirdi və haqlı
olaraq bu istiqamətə yönəldirdi. 1993-cü ilin iyununda xalqın
tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev milli
dövlətçiliyin qorunması ilə yanaşı, Azərbaycan elminin inkişaf
strategiyası üzərində işləməyi vacib hesab edirdi. Heydər Əliyev
Azərbaycanda bu gün də davam edən elmi siyasətin əsasını qoyub.
Ümummilli liderin 1997-ci il yanvarın 31-də Akademiyanın bir qrup
aparıcı alimi ilə tarixi görüşündən sonra Azərbaycan elminin
inkişafında yeni mərhələ başladı. Heydər Əliyevin tariximizi
obyektiv təhlil etmək, gələcək nəsillərə çatdırmaq çağırışına
azərbaycanlı tarixçilər praktiki işlə cavab verdilər. Xalqımızın
çoxəsirlik zəngin tarixini, mədəniyyətini yüksək qiymətləndirən
Heydər Əliyev həmin dövrün fundamental işlərinin əhəmiyyətini
qiymətləndirdi, ölkənin tarixini yazan araşdırmaçılara daha konkret
və prinsipial istiqamət verdi. Heydər Əliyev həm də muzey işinə
xüsusi diqqət ayırırdı. Onun irəli sürdüyü təşəbbüslər ölkəmizdə
muzeylərin inkişafına, onların maddi-texniki bazasının
möhkəmlənməsinə və şəbəkənin genişlənməsinə yol açdı. Bu gün milli
mədəni irsin qorunması və təbliği siyasətini ümummilli liderin
layiqli davamçısı olan Prezident İlham Əliyev davam etdirir”, –
N.Vəlixanlı deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: