Mustafayev Rusiya səfirinə başsağlığı verdi

Mustafayev Rusiya səfirinə başsağlığı verdi

Avqustun 17-də Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Rusiya səfirliyində olub və Azərbaycan hökuməti adından Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı ilə bağlı başsağlığı kitabına ürək sözlərini yazıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova da başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

Teqlər: