MÜSİAD Azərbaycan və Gənc MÜSİAD üzvləri Zeynalabdin Tağıyevin həyat və yaradıcılığı ilə tanış olublar (FOTO)

MÜSİAD Azərbaycan və Gənc MÜSİAD Azərbaycan üzvləri Milli
Azərbaycan Tarixi Muzeyində Zeynalabdin Tağıyevin ev müzeyini
ziyarət ediblər.

Bu barədə AzerTimes-a
MÜSİAD-dan daxil olan məlumatda bildirilir.

Məlumata əsasən, muzeydə Gənc MÜSİAD üzvlərinə dahi şəxsiyyət və
xeyriyyəçi Tağıyevin həyatı haqqında bilgi verilib, Tağıyevin
Azərbaycan xalqı üçün önəmi qeyd olunub.

Muzeyi ziyarət edən MÜSİAD Azərbaycan üzvləri Tağıyevin
həyatından təsirləndiklərini vurğulayaraq, xeyriyyəçilik və
messenatlıq fəaliyyətinin Azərbaycan xalqının ənənələrindən biri
olduğunu qeyd ediblər.

Gənc MÜSİAD üzvləri bundan sonra da Azərbaycanın tarixi
şəxslərinin həyat və yaradıcılığının öyrənilməsi ilə yanaşı,
onların xeyriyyəçilik və messenatlıq ənənəsinin davam etdirilməsinə
önəm verəcəklərini bildiriblər.

Qeyd edək ki, daha əvvəl MÜSİAD Azərbaycan üzvləri Milli
Azərbaycan Tarixi Muzeyini ziyarət edib və muzeyin baş direktoru
akademik Nailə Vəlixanlı ilə görüşüblər.

Məlumat üçün bildirək ki, MÜSİAD Azərbaycan Vətən müharibəsi
şəhidləri və qazilərinin tanıdılması, həyat və döyüş yollarının
əbədiləşdirilməsi işinə dəstək vermək məqsədilə Milli Azərbaycan
Tarixi Muzeyinə dəstək olublar.

Teqlər: