Musanın komandası İsveç kubokunun finalında uduzdu

Musanın komandası İsveç kubokunun finalında uduzdu

Azərbaycanlı futbolçu Musa Qurbanlı İsveç kubokunu qazana bilməyib.

AzerTimes “İdman.biz”ə istinadən xəbər verir ki, onun çıxış etdiyi “Yurqorden” turnirin finalında uduzub.

“Malmö” ilə oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. Qurbanlının komandası cəmi 1 dəfə dəqiq olaraq, 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Musanın adı iştirak ərizəsinə daxil edilsə də, o, meydana çıxmaq şansı qazanmayıb.

Teqlər: