Münasibətlərin normallaşması Ermənistanın addımlarından asılı olacaq – Türkiyənin vitse-prezidenti

Xəbər - Orxan Nəbiyev – Trend:

Münasibətlərin normallaşması prosesi Ermənistanın atacağı addımlardan asılı olaraq və Azərbaycanla yaxın təmasda olmaqla reallaşdırılacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay parlamentdə büdcə müzakirələri zamanı deyib.

O əlavə edib ki, Türkiyə təkcə Ermənistanla münasibətlərdə deyil, bütün region üçün normallaşma arzusundadır.

“Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə irəli sürdüyümüz “3+3” formatında regional əməkdaşlıq platformasının birinci iclası ötən həftə baş tutub. Biz təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün region üçün normallaşma arzusundayıq və bu yanaşmamızda da tam səmimiyik”, – deyə F.Oktay bildirib.

Teqlər: