Münaqişələr dünyada aclığın əsas səbəblərindən olaraq qalır – BMT

Münaqişələtr dünyada aclığın yeganə ən böyük səbəbi olaraq
qalır.

Trend xəbər
verir ki, bu barədə BMT-nin Təhlükəsizlik Şurasının münaqişələr və
ərzaq təhlükəsizliyi üzrə iclasında çıxışı zamanı Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Dongyu
bildirib.

“2018-2021-ci illərdə münaqişələrin kəskin ərzaq qıtlığının əsas
səbəbi olduğu ölkələrdə böhran vəziyyətində olan insanların sayı
88% artaraq 139 milyondan bir qədər çox olub.”

Təşkilatın məlumatında görə, Ukraynadakı böhran qida ixracına,
logistikaya və əlçatanlığa ciddi təsir göstərib, artan enerji və
gübrə qiymətləri gələcək qlobal məhsulu təhlükə altına alıb.

Teqlər: