Mülki aviasiya işçilərinə fəxri adlar verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının mülki aviasiya
işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda mülki
aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə
Azərbaycan Respublikasının fəxri adları verilir:

“Əməkdar mühəndis”

Quliyev Fuad Əkram oğlu

“Əməkdar pilot”

Abdullayev Qələndər Əjdər oğlu

Abdullayev Natiq Zirəddin oğlu

Babayev Oqtay Adil oğlu

Balaxanov Namiq Qulam oğlu

Cumayev Rövşən İlyas oğlu

İbrahimov Akif Mədəniyyət oğlu

İsmayılov Çingiz Məcit oğlu

Məmmədov Rüfət Əliməmməd oğlu

Səttərov Marat Xanlar oğlu.

Teqlər: