Mükəmməl ikitərəfli münasibətlərimiz İkinci Qarabağ müharibəsindəki qələbədən sonra daha da möhkəmlənib – İmran Xan

Mükəmməl ikitərəfli münasibətlərimiz Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənib.

Trend xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri İmran Xan 28 May- Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda deyib.

Baş nazir bildirib:

“Pakistan Azərbaycanla olan strateji əlaqələri yüksək qiymətləndirir. Mükəmməl ikitərəfli münasibətlərimiz Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənib. Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub.

Əminəm ki, yaxın günlərdə ikitərəfli əməkdaşlığımız xalqlarımızın rifahı naminə bir çox sahədə daha da dərinləşəcək. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırıq”.

Teqlər: