Mühəndis-istehkam bölmələrində praktiki məşğələlər keçirilir (VİDEO)

2022-ci ilin fəaliyyət planına uyğun olaraq, Azərbaycan
Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrində praktiki
məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, məşğələlərə cəlb edilən şəxsi heyət Mühəndis
Qoşunlarının silahlanmasında olan texnika və avadanlıqlardan
istifadə etmək vərdişlərini təkmilləşdirir.

Mühəndis bölmələri azad edilmiş ərazilərdə dislokasiya olunan
qoşunların fəaliyyətini təmin etmək, həmçinin infrastrukturun bərpa
edilməsi və digər tapşırıqlar üzrə praktiki bacarıqlarını
artırır.

Teqlər: