![Müharibəyə görə ABŞ məsuliyyət daşıyır Müharibəyə görə ABŞ məsuliyyət daşıyır](https://azertimes.az/wp-content/uploads/muharibeye-gore-abs-mesuliyyet-dasiyir-300x169.jpg)
![](https://azertimes.az/wp-content/uploads/muharibeye-gore-abs-mesuliyyet-dasiyir.jpg)
Amerika kəşfiyyatında Ukraynadakı müharibəyə görə ABŞ-ın məsuliyyət daşıdığını hesab edənlər var.
AzerTimes xəbər verir ki, bu barədə amerikalı jurnalist, “Pulitzer” mükafatı laureatı Seymur Herş deyib.
O bildirib ki, Amerika kəşfiyyatının bəzi üzvləri həmişə Baydenin hələ Senatdakı dönəmindən Rusiya ilə bağlı irrasional fikirlərindən narahat olublar:
“Baydenin Rusiyaya qarşı sərt mövqeyi iki böyük xarici siyasət üzrə köməkçisi – Dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan tərəfindən dəstəklənir”.