Bu, münaqişənin kritik mərhələsidir. Ona görə də bizim Ukraynaya kollektiv dəstəyimiz həyati və aktualdır.
AzerTimes xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Lloyd Ostin deyib.
“Brüsseldəki təmas qrupunun görüşündən bu günə qədər ABŞ Ukraynaya 2,6 milyard dollardan çox hərbi yardım ayırıb. Bizim yardım paketimizə Ukraynanı daha da gücləndirmək üçün ümumi 12 HIMARS raket sistemi daxildir. Biz həmçinin Ukraynaya öz qüvvələrini və mülki əhalisini Rusiyanın raket hücumlarından qorumaq üçün 2 ədəd NASAMS hava hücumundan müdafiə sistemi təqdim etdik. ABŞ həmçinin daha çox HIMARS döyüş sursatı, dəqiq idarə olunan artilleriya sursatları, taktiki maşınlar və digər ehtiyac duyulan dəstəyi göndərməyi öhdəsinə götürdü”, – Ostin bildirib.