Ukraynadakı münaqişənin nə vaxt bitəcəyini təxmin etməyəcəyəm.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.
O, həmçinin xatırladıb ki, xüsusi hərbi əməliyyatın bütün məqsədləri Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsvir edilib.