İspaniya məğlub oldu, Portuqaliyadan darmadağın

İspaniya məğlub oldu, Portuqaliyadan darmadağın

Bu gün UEFA Millətlər Liqasında V tura yekun vurulub.

AzerTimes xəbər verir ki, 3-cü oyun günündə A, B və C Liqalarında ümumilikdə 9 oyun keçirilib.

A Liqasının 2-ci qrupunda İspaniya evdə İsveçrəyə, Çexiya isə Portuqaliyaya uduzub.

B Liqasının 1-ci qrupunda Şotlandiya evdə İrlandiyaya qalib gəlib: 2-1.

2-ci qrupda isə İsrail evdə Albaniyanı məğlub edərək, adını pley-offa yazdırıb. Meydan sahibləri həmçinin A Liqasına vəsiqə qazanıb.

4-cü qrupda Norveç səfərdə Sloveniya ilə, İsveç isə Serbiya ilə bacarmayıb.

C Liqasının 2-ci qrupunda Şimali İrlandiya evdə Kosovodan, Kipr isə Yunanıstandan güclü olub. Məğlubiyyətə baxmayaraq, yunanlar həm B Liqasına, həm də pley-offa yüksəlib.

Teqlər: