Müharibədən sonra 93 min şəhid ailəsi üzvü və müharibə iştirakçısına sosial ödəniş təyin olunub

44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və
müharibənin iştirakçıları (o cümlədən müharibə əlilləri) ilə bağlı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan
sosial dəstək paketinin bir istiqaməti də onlara sosial ödənişlərin
təyinatıdır.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, postmüharibə dövründə həmin kateqoriyalara aid 93
min şəxsə aylıq sosial ödənişlər (Prezidentin aylıq təqaüdü,
müavinət və pensiya) təyin olunub, sosial ödəniş təyinatları üzrə
ümumilikdə 104 min xidmət göstərilib.

Təyinat prosesi şəhid ailələrinin üzvlərinin və müharibə
iştirakçılarının heç bir müraciəti olmadan, elektron sistem
üzərindən, proaktiv qaydada aparılıb.

Sosial ödənişlər avtomatik təyin olunduqdan sonra həmin şəxslərə
bu barədə, həmçinin ödəniş kartlarını nə zaman və hansı bankdan
əldə edəcəklərinə dair məlumat göndərilib.

Teqlər: