Müharibə zamanı “xəstələnən” erməni polkovnik həbs edildi

Müharibə zamanı “xəstələnən” erməni polkovnik həbs edildi

Ermənistanda 44 günlük müharibə zamanı özünü xəstə kimi göstərməkdə ittiham edilən polkovnik rütbəli hərbi hissə komandirinin müavini həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“İbtidai istintaq zamanı bölmə komandirinin müavininin ölkədə elan olunmuş hərbi vəziyyət şəraitində oktyabrın 10-dan noyabrın 3-dək “xəstələnərək”, tibb müəssisəsində stasionar müalicədə qalması barədə məlumat əldə edilib. Ona qarşı ittiham elan edilib, məhkəmənin qərarına əsasən o, iki ay müddətinə həbs olunub”, – məlumatda deyilir.

Teqlər: