Müharibə zamanı ermənilərin törətdiyi vandallıq, hərbi cinayət idi – TƏHLİL

44 günlük Vətən müharibəsini digər müharibələrdən fərqləndirən
xüsusiyyətlərdən biri də mülki əhali arasında itkilərin çox
olmaması oldu. Azərbaycanın ləyaqətli davranışı sayəsində 44 günlük
müharibənin hərb tarixinə ən az mülki insan itkisi olan müharibə
kimi düşdü.

Milli Məclisin deputatı Cavid Osmanov AzerTimes-ın sualına cavabında
bildirib ki, 44 günlük Vətən müharibəsi ordumuzun qəhrəmanlığına və
şücaətinə görə, o cümlədən də ləyaqətli müharibə aparmasına görə
dünya tarixində bir nümunədir.

“Dünyada müharibələr olub və bu gün də var, təəssüf ki, olacaq
da. Ancaq ləyaqətli müharibə aparmaq hər an baş vermir. Azərbaycan
bu sahədə də, yəni mülki insanları, əhalini hədəfə almadan, yalnız
Ermənistanın hərbi birləşmələrini hədəfə alaraq öz nümunəsini
göstərdi. Azərbaycandan fərqli olaraq isə Ermənistan mülki əhalini
hədəfə alırdı. Onlar döyüş bölgəsindən 100 kilometrlərlə aralıda
yerləşən şəhərlərimizə qadağan olunmuş raketlər atırdılar və
nəticədə mülki əhali arasında xeyli sayda həlak olanlar oldu. Bu,
ermənilərin törətdiyi vandallıq, hərbi cinayət idi. Azərbaycan isə
nümunəvi bir müharibə apardı”, – deyə deputat bildirib.

“2020-ci ildə 44 günlük mühairbə zamanı dünya bir daha
Azərbaycan oğullarının nəyə qadir olduğunu gördü. Cənab Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz
qəhrəmanlıq gösətərərək torpaqlarımızı düşmən işğalından azad etdi.
Bu müharibə bir çox məqamları ilə yadda qaldı”.

Bunu isə Milli Məclisin deputatı Vüqar İskəndərov AzerTimes-a
deyib.

Deputat qeyd edib ki, Azərbaycan Ordusu həmin 44 gündə həm də
müharibəni ləyaqətlə aparmaqla diqqət mərkəzində oldu: “Cənab
Prezident İlham Əliyevin Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci
Avropa çempionatının iştirakçılarını qəbul etdərkən bəyan etdiyi
kimi, biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə
qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı
vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul
olmamışıq. Halbuki, xalqımızın ürəyində qisas hissi həmişə var idi.
Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə
qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq
olmalı idi. Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş
meydanında alacağıq. Bütün dünya, bütün hərbi ekspertlər artıq bunu
dəfələrlə qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük
məharətlə, ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail
olub, həm də bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə
aparıb”.

Deputat bildirib ki, lakin Ermənistan tərəfi bundan əvvə olduğu
kimi, bu dəfə də öz “ənənəsinə” sadiq qaldı: “Döyüş meydanında
ordumuz qarşısında tab gətirməyən düşmən bunun əvəzində
vicdansızcasına mülki əhalini hədəf götürürdü: “Həmin vaxt cəhbə
xəttində yerləşməyən şəhər və rayonların raket atəşinə məruz
qalması düşmənin iç üzünü bir daha nümayiş etdirdi. Bundan başqa,
bildiyimiz kimi, düşmən tərəf silahları əhali yaşayan yerlərdə
quraşdıraraq atəş açır, öz mülki insanlarından qalxan kimi istifadə
edirdi. Bütün bunlar bizim necə mənfur bir düşmənlə savaşdığımızdan
xəbər veirdi. Ancaq bütün bunlara baxmayaraq, düşmən məğlub oldu və
44 günlük müharibə dünya hərb tarixinə Azərbaycanın misilsiz
qələbəsi kimi düşdü”.

Teqlər: