“Müharibə vaxtı canlı yayımları Türkiyə telekanallarından izləyirdik, AzTV-nin…” – Deputat

Deputat Tahir Kərimli Milli Məclisdə büdcə müzakirələrində çıxış edərkən Dövlət Televiziyasına (AzTV) əlavə texniki qurğuların alınması üçün vəsaitin ayrılmasını təklif edib.

Yenicag.az xəbər verir ki, Tahir Kərimli 44 günlük Vətən Müharibəsində məlumat almaq üçün Türkiyə teleknallarını izlədiyini vurğulayıb:

“Biz müharibə vaxtı hadisələrdən canlı yayımları Türkiyə telekanallarından canlı izləyirdik. AzTV-nin səyyar qurğulara ehtiyacının olduğunu gördük. Ona görə də bu kanala əlavə vəsaitin ayrılması yaxşı olardı”.

www.yenicag.az